Avropa Birliyinin(AB) Ermənistandakı missiyası bəyanat yayaraq, Ermənistan-Azərbaycan sərhədində “qeyri-adi hərəkətlənmə” müşahidə olunmadığını vurğulayıb.
Hafta.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu haqda missiyanın “X” səhifəsində paylaşım edilib.
“Missiya bütün gün ərzində Ermənistan-Azərbaycan sərhədində patrulluq edib. Hər şey sakit idi, qeyri-adi hərəkətlənmələr müşahidə olunmadı. Missiya hər kəsə dinc Pasxa bayramı arzulayır!”, - açıqlamada deyilir.
AB-nin Gürcüstan və Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar AB-nin Ermənistandakı missiyasının Ermənistan-Azərbaycan sərhədində “fövqəladə hərəkətlər müşahidə olunmadığı” barədə açıqlamasına cavab verib.
“Avropa Birliyinin Ermənistandakı missiyasının hərbçilərin qeyri-adi hərəkətlərinin müşahidə olunmadığına dair təsdiqini almaq çox xoşdur. Missiyanın məqsədi də budur: daha çox şəffaflıq təmin etmək və inam yaratmaq. Əvvəllər olduğu kimi, biz Azərbaycanın hakimiyyət orqanları ilə daha fəal qarşılıqlı fəaliyyətə açığıq”, -deyə Klaar “X” mikrobloqunda missiyanın bəyanatını paylaşaraq bildirib.